Əsas Səhifə > SƏHİYYƏ / REGİON > Rusiyada yeni təhlükəli bakteriya aşkarlanıb

Rusiyada yeni təhlükəli bakteriya aşkarlanıb


20-05-2021, 11:46

 

Rusiyada göyöskürəyə oxşar xəstəliyə səbəb olan yeni bakteriya aşkar edilib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətin mütəxəssislərinə istinadən "İzvestiya.ru" bildirib.

Ekspertlərin sözlərinə görə, “Bordetella holmesii” bakteriyası həmin xəstəliyin əlamətlərini yaradır və xəstəlik daha yüngül formada keçir.

Artıq Rusiyada yeni və köhnə xəstəlik törədiciləri aşkarlamağa qadir olan xüsusi test hazırlanıb. Bu halda göyöskürək vaksini “Bordetella holmesii”nin səbəb olduğu xəstəlikdən qorumur.

Qeyd edilir ki, bir sıra xarici ölkələrin alimləri yeni bakteriyanı artıq 10 ildir araşdırırlar, ancaq o, Rusiyada daha əvvəl aşkarlanmayıb. Xarici ekspertlərin məlumatına görə, yeni bakteriyanın səbəb olduğu xəstəliyin müddəti 80 gün təşkil edir, o, göyöskürəkdən daha asan keçir. Bu halda “Bordetella holmesii” yoluxmasından sonra hələ heç bir ölümcül nəticə qeydə alınmayıb.

Geri qayıt