Əsas Səhifə > Gündəm > Açıq havada maska taxmaq ləğv oluna bilər - AÇIQLAMA

Açıq havada maska taxmaq ləğv oluna bilər - AÇIQLAMA


20-05-2021, 11:44

 

"Açıq havada insanların necə maska taxması məlumdur. Maska çənədə olur, burun açıq qalır və polis görən kimi onu qaldırırlar. Maskadan düzgün istifadə edən tək-tük adam olur. Ona görə buna birdəfəlik son qoymaq lazımdır".

Şəffaflıq.az xəbər verir ki, bu sözləri "ARB Xəbər"ə tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, açıq havada sadəcə məsafə gözləmək lazımdır:

"Əgər sırada dayanmaq varsa, orada maska taxmaq olar. Amma qalan hallarda hesab edirəm ki, misal üçün gəzintilərdə buna qətiyyən ehtiyac yoxdur. Hələlik epidemioloji vəziyyət buna imkan verir".

Geri qayıt