Əsas Səhifə > Cəmiyyət > Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir
Vətən müharibəsi şəhidinin cənazəsi Bakıya gətirilir20-05-2021, 10:15 |
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlunun cənazəsi Bakıya gətirilir. Şəffaflıq.az-ın məlumatına görə, mayın 19-da doğulduğu Salyan rayonunun Çadırlı kəndindəki ata ocağına gətirilən şəhidin nəşi bu gün səhər saatlarında Bakıya yola salınıb. Vida mərasimində Salyan Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid T.İbrahimov bu gün Bakıda II Fəxri xiyabanda dəfn ediləcək. Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub. O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. T.İbrahimov sonuncu dəfə ötən ilin sentyabrın 28-də ailəsi ilə əlaqə saxlayıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb. İki gün əvvəl onun nəşi tapılıb. Allah rəhmət eləsin! Geri qayıt |