Əsas Səhifə > SİYASƏT > XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”
XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”19-05-2021, 20:09 |
Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu nazir Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə deyib.Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib. O bildirib ki,kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir. "Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib", - deyə XİN başçısı vurğulayıb. Şəffaflıq.az Geri qayıt |