Əsas Səhifə > Hadisə / REGİON > Türkiyədə zəlzələ olub
Türkiyədə zəlzələ olub19-05-2021, 17:22 |
Türkiyənin İzmir vilayətində zəlzələ olub.Şəffaflıq.az xəbər verir ki, bu barədə mətbuat ölkənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinə istinadən məlumat yayıb.AFAD-dan verilən məlumatda bildirilir ki, yerli vaxtla saat 14:14-də və 14:18-də İzmir vilayətinin Menderes bölgəsində ardıcıl iki dəfə, 4.3 - 4.2 bal gücündə zəlzələ olub. Ocağı Menderes yaxınlığında olan zəlzələlərin birincisi 10.68 kilometr, ikinci isə 13.01 kilometr dərinlikdə baş verib. Dağıntı və təlafatla bağlı məlumat verilməyib. Geri qayıt |