Əsas Səhifə > Dünya / Maraqlı > Amerikalı pilotlardan şok yadplanetli açıqlamaları
Amerikalı pilotlardan şok yadplanetli açıqlamaları18-05-2021, 21:49 |
"Onunla qarşılaşanda özümüzü müdafiə edəcək bir şeyimiz yox idi, ona görə də... " ABŞ hərbi hava donanmasının iki sabiq pilotu 2004-cü ildə vəzifələrini yerinə yetirərkən, naməlum uçan obyekt (UNO) ilə qarşılaşdıqlarını açıqlayıb. Şəffaflıq.az xarici KİV-lərə istinadən bildirir ki, ABŞ-ın məşhur proqramında 60 dəqiqəlik qonaq olan pilotların açıqlamaları hər kəsi şoka salıb. Sabiq pilotlar - polkovnik Deyv Fravor və komandir leytenant Aleks Dietriçin dedikləri: "2004-cü ilin noyabrın 14-də San-Dieqodan 160 kilometr cənub-qərbdə bir təlim uçuşu edərkən naməlum uçan obyekt (UNO) gördük. UNO təxminən bir saniyədən də az müddətə 25 kilometrə qədər hərəkət edə bilirdi. Özümüzü müdafiə edəcək bir şeyimiz yox idi. Buna görə özümüzü olduqca həssas hiss edirdik. Sonra obyekt qəfildən yoxa çıxdı və biz olanlara çaşıb qaldıq". Sabiq pilotların dediyinə görə sonradan həmin bölgəyə göndərilən başqa bir heyət də bu cür UNO ilə rastlaşıb və onlar həmin obyektin videosunu çəkmək imkanı əldə ediblər: "Naməlum uçan obyektlə bağlı əlimizdə xeyli məlumat olsa da, biz onu dəyərləndirə bilmədik. Həmçinin ictimaiyyətə də bu haqda məlumat verilmədi". Artıq bir müddətdir ki, ABŞ-da UNO-larla bağlı məsələ qızğın müzakirə mövzusuna çevrilib. Bir neçə həftə öncə beşbucaq şəklində naməlum uçan obyektin görüntüləri ortaya çıxmışdı. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) həmin görüntünün donanma heyəti tərəfindən çəkildiyini təsdiqləmişdi. Bu hadisədən əvvəl isə ABŞ-ın Milli Kəşfiyyat qurumunun rəhbəri Con Raçlife UNO mübahisələrini yenidən alovlandıracaq bir açıqlama vermişdi. Raçlife ABŞ-ın səs sürəti ilə asanlıqla hərəkət edən obyektlər haqda dəlillər olduğunu iddia etmişdi. Həmin obyektlərin inanılmaz manevrlər etdiyini deyən Raçlife bu görüntülərdən bəzilərinin yayımlandığını demişdi. Pentaqonda artıq UNO-ları araşdıran yeni bir müşahidə qrupu yaradılıb. Geri qayıt |