Əsas Səhifə > Gündəm > Şamaxı sakini şəhid Rza Əskər oğlu Məmmədov heç vaxt unudulmayacaq

Şamaxı sakini şəhid Rza Əskər oğlu Məmmədov heç vaxt unudulmayacaq


18-05-2021, 08:55

 

Rza Əskər oğlu Məmmədov 23 noyabr 2001-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. O, orta təhsilini başa vurduqdan sonra 2020-ci ildə Azərbaycanda həqiqi hərbi xidmətə göndərilmişdir.

27 sentyabr 2020-ci il tarixdə o, Vətən Müharibəsində iştirak edərkən Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.


Rayon İctimaiyyəti şəhidimizin adını əbədiləşdirmək üçün onun adına bulaq tikmişlər.

Şəhidimiz Rza Əskər oğlu Məmmədov Şamaxı rayonu Göylər kənd qəbirstanlığında dəfn olunmuşdur. Lakin əslində o, ölməmişdir, ruhən hamımızın qəlbində yaşayır və həmişəlik yaşayacaqdır. Şəhidlər həmişə xatırlandığına görə heç vaxt ölmürlər!


 

Allah şəhidimiz Rza Məmmədova və digər bütün şəhidlərimizə rəhmət eləsin! Məkanları behişt olsun!

Vahid İsmayılov,
Yanoş Məhərrəmov,
Məhərrəm Səmədov

Şəffaflıq.az

Geri qayıt