Əsas Səhifə > RƏSMİ XƏBƏR > AzTV-də yoxlamaların aparıldığı rəsmən təsdiqlənib
AzTV-də yoxlamaların aparıldığı rəsmən təsdiqlənib17-05-2021, 12:06 |
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2020-ci il üzrə maliyyə (audit) hesabatının dərcinin gecikməsinə aydınlıq gətirib. Şəffaflıq.az xəbər verir ki, qurumun bununla bağlı açıqlamasında deyilir ki, aprelin 26-dan şirkətdə dövlət yoxlaması aparılır. “Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar Aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda qeyd edilib. Geri qayıt |