Əsas Səhifə > Gündəm / Dünya > İsrail ordusu Qəzzaya daxil oldu
İsrail ordusu Qəzzaya daxil oldu14-05-2021, 10:15 |
İsrail ordusunun hava və yerüstü qüvvələri Qəzza zolağında antiterror əməliyyatına başlayıb. Şəffaflıq.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Hazırda İsrail ordusunun HHQ və yerüstü dəstələri Qəzza bölgəsində əməliyyat keçirir”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, son bir neçə gün ərzində Qəzzadan İsrail ərazisinə təxminən 1750 raket atılıb. Bunun nəticəsində 6 İsrail vətəndaşı həlak olub. Cavab zərbələri isə 103 fələstinlinin həyatına son qoyub. Geri qayıt |