Əsas Səhifə > Gündəm > Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxub
Azərbaycanda daha 509 nəfər COVID-19-a yoluxub13-05-2021, 22:32 |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 509 yeni yoluxma faktı qeydə alınıb, 1 427 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Şəffaflıq.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 328 668 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 311 198 nəfər müalicə olunaraq sağalıb, 4 742 nəfər vəfat edib. Aktiv xəstə sayı 12 728 nəfərdir. Ötən müddət ərzində 3 360 900 test aparılıb. Bugünkü test sayı isə 7 733-dür. Geri qayıt |