Əsas Səhifə > Kriminal > Şəkidə 20 yaşlı tələbə özünü ASIB

Şəkidə 20 yaşlı tələbə özünü ASIB


13-05-2021, 08:00

 

Şəki rayonunda intihar hadisəsi baş verib.

Şəffaflıq.az "report"-a istinadən xəbər verir ki, hadisə Aşağı Layısqı kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Mahizər Ramiz qızı Qasımova özünü yaşadığı evin həyətyanı sahəsində asıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki Rayon Şöbəsinə aparılıb.

Məlumata görə, intihar edən 20 yaşlı M.Qasımova tələbə olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt