Əsas Səhifə > Gündəm / Hadisə > Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib

Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib


11-05-2021, 20:56

 

Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

Şəffaflıq.az-ın xəbərinə görə, o, 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.

Geri qayıt