Əsas Səhifə > İdman / Dünya > UEFA Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək

UEFA Çempionlar Liqasının finalı İstanbulda keçirilməyəcək


11-05-2021, 11:31

 

Çempionlar Liqasının 2020/21 mövsümünün "Mançester Siti" ilə "Çelsi"nin qarşılaşacağı final matçı İstanbulda keçirilməyəcək.

Şəffaflıq.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə məşhur idman jurnalisti Nikola Şkira öz Tvitter hesabında məlumat yayıb. O, yaxın saatlarda UEFA-nın bununla bağlı rəsmi açıqlama yayacağını qeyd edib. Qarşılaşmanın təşkili üçün əsas namizəd şəhərlər isə İngiltərə Londonu və Portuqaliya Lissabonudur.

İngiltərə hökuməti Çempionlar Liqasının finalı öncəsi Türkiyəni sərt karantin qaydaları olan ölkələrin qırmızı siyahısına daxil edib. Bu səbəbdən UEFA belə qərar verib.

Ötən il də final ərəfəsində koronavirusun yayılmasının qarşısını almaq üçün final Türkiyədə yox, Portuqaliyada təşkil olunmuşu.

UEFA kompensasiya olaraq Türkiyəyə Çempionlar Liqasının 2022/23 mövsümünün Münhendə keçirilməli olan final oyununun təşkilini təklif etməyə hazırdır.

Qeyd edək ki, final görüşü mayın 29-da Atatürk Olimpiya Stadionunda oynanılmalı idi.

Geri qayıt