Əsas Səhifə > Hadisə > Kamran Əliyev "Tərtər işi"ndən danışdı
Kamran Əliyev "Tərtər işi"ndən danışdı10-05-2021, 12:47 |
Baş prokuror Kamran Əliyev son günlər "Tərtər işi" ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib. Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, Baş prokuror "Tərtər işi ilə bağlı 2017-ci ildə istintaq işi aparıldığını qeyd edib. "Burada müəyyən edilən konkret cinayət işləri ilə bağlı işlər başlanılıb, konkret şəxslərə ittihamlar elan edilib, müvafiq məhkəmə hökmləri çıxarılıb və bu iş Ali Məhkəməyə göndərilib. Bununla bağlı ictimaiyyətə ətraflı məlumatlar verilib. Bu işin ətrafında əsassız olaraq hay-küy yaratmaq absurddur", - K.Əliyev vurğulayıb. Geri qayıt |