Əsas Səhifə > Dünya > Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı
Bu ölkədə karantinin ləğv ediləcəyi vaxt açıqlandı8-05-2021, 09:38 |
İsrail may ayının axırında koronavirusla bağlı məhdudiyyətlərin hamısını ləğv etməyi planlaşdırır. Şəffaflıq.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Benyamin Netanyahu səhiyyə naziri Yuli Edelşteynlə keçirdiyi brifinqdə bəyan edib. O bildirib ki, bütün məhdudlaşdırıcı tədbirləri ləğv edib, ölkəni normal vəziyyətə geri qaytarmağa ümidvardırlar. "Bütün dünyada insanlar vaksin gözləyir, ancaq İsraildə peyvənd insanları gözləyir. Bunu dəyişdirməliyik", - ölkədə 16 yaşdan yuxarı bir milyondan çox insanın koronavirus vaksinasiyasından keçmədiyini deyən Netanyahu əlavə edib. O vurğulayıb ki, İsraildəki 16 yaşdan yuxarı insanların peyvəndlənməsi mayın sonunda tamamlanacaq. Bundan sonra isə ölkədə pandemiya ilə bağlı vəziyyət apreldə normallaşacaq. Geri qayıt |