Əsas Səhifə > SİYASƏT / Dünya > ABŞ-ın İranla nüvə sazişinə qayıtmasına dair danışıqlar davam edir
ABŞ-ın İranla nüvə sazişinə qayıtmasına dair danışıqlar davam edir7-05-2021, 07:20 |
ABŞ-ın İranla nüvə sazişinə qayıtması və onun tam və effektiv şəkildə həyata keçirilməsinə dair danışıqlar davam edir. Müşahidəçilərin dediyinə görə, Yaxın Şərqdə nüvə yayılması təhlükəsinə biganə qalına bilməz və İranın ABŞ-ın sankiyalarına son qoymasını tələb etməsinə baxmayaraq, bununla mübarizə aparılmalıdır. Təhlilçilər eləcə də İranın dəstəklədiyi şiə yarı-hərbi qüvvələriunə və bölgədəki raketlərin fəaliyyətlərinə də diqqət yetirilməsini tələb edir. Digər müşahidəçilərlə yanaşı Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun baş elmi işçisi və keçmiş Tramp administrasiyasının Yaxın Şərq üzrə müşaviri David Şenker İranın 2015-ci il nüvə razılaşmasına qayıtmazdan əvvəl bütün sanksiyaların ləğv edilməsini tələb etdiyini deyib. Lakin Şenker Amerika sazişlə bağlı hazırkı danışıqlardan İranın zərərli davranışına və onun regiondakı tərəfdarları ilə mübarizə məqsədi ilə istifadə etməli olduğunu da deyib. “Kifayət qədər sanksiya ləğv edilsə, iranlılara ortadakı digər böyük məsələləri müzakirə etməsi üçün kifayət qədər təsir olacaq. Bunlar Yaxın Şərqdə raketlər və İranın dəstəklədiyi şiə yaraqlılardır. İraqdan Yəmənə, Suriyadan Livana qədər İranın nüvə razılaşmasına dair danışıqlar masasında güzəşlər əldə etmək üçün Bayden administrasiyasına maksimum təzyiq kampaniyasını davam etdirdiyi görünür” - deyə, o əlavə edib. Şenker ABŞ-ın İraqdakı bazasına bu yaxınlarda ediləm hücumu. Səudiyyə Ərəbistanına Yəməndən husilərin artmaqda olan dron hücumlarını və İranın Fars körfəzində ABŞ-ın hərbi gəmilərini təhdid etməsini xatırladıb. Şəffaflıq.az Geri qayıt |