Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Orta məktəb şagirdinin şerləri

Orta məktəb şagirdinin şerləri


15-11-2018, 22:21

 


         Xəlilova Aytac                                       3 saylı tam orta məktəb  9a sinfi
            İdris qızı                                              Direktor :  Sevda Əliyeva                  
                                                                  Sinif rəhbəri :   Mİrəstə Axıyeva
         
            
            Qalx ayağa ey millət!

Qalx ayağa ey millət! Biz qələbə çalmalıyıq,
Geri çəkilmək nə demək? Düşmənləri qovmalıyıq.
Qarabağı məsrur görüb, biz qələbə çalmalıyıq.
Düşmələri yox etməli, sonlarına çatmalıyıq.

Qarabağa kəm baxanın gözlərini ovmalıyıq,
Qalx ayağa ey millət! Biz qələbə çalmalıyıq.
Təfsilata gərək yoxdur Qarabağı almalıyıq,
Ədnaları yox etməli yuvamızı almalıyıq.

Biz vətənə qayıtmalı, Qarabağı almalıyıq,
Yuvamız bizim olmalı, biz oraya dönməliyik.
Qalx ayağa ey millət! Biz zəfərə çatmalıyıq.
Tələs-tələs ey millət ! Qarabağı almalıyıq.

Qarabağı tez alaq, biz oraya tez çataq!
Qalx ayağa ey millət! biz amala çatmalıyıq.
Vətən ədnayama qalsın?
Bu olmaz, ola bilməz.

Qarabağ bizim olsun gərək,
Biz oraya dönək gərək.
Bayraq sancaq, qurban kəsək,
Kaş oraya tez dönək.



           Doğma dilim

Ey doğma dilim, ey ana dilim!
Sən olmasaydın ey gözəl dilim,
“Məhv olardı bu xalq, yaşamazdı bir an”!
Həsən bəy Zərdabi demişdir bunu.

Sübut etmiş bu xalqın türk dilli olduğunu.
Bəxtiyar yazmışdır ey ana dilim!
Sabir Rüstəmxanlı tanıtmış dilim.
Çoxların tanıtmış, şad etmiş dilim.

Dilini qoru ey insan!
Dil deyilmi ən böyük inam.
Əgər dilimizi unudan varsa,
Bu dili saymayan bir insan varsa.

Onlara tək sözüm:
Belə qəddar insan məhv olsun gərək,
Çünki dilimiz məhv olsa əgər,
Xalqımız məhv olar, olmaz bu vətən.


                                                                 
               Kəlbəcər

Kəlbəcər zavallar əl çəksin səndən,
Zavallı alçaqlar qoy getsin səndən.
Möhnət uzaq olsun bu məmləkətdən.
Kəlbəcər ədnalar əl çəksin səndən!

Kəlbəcər hardasan qayıt gəl artıq,
Kəlbəcər bu qədər naz etmə artıq.
Kəlbəcər əzabdan gəl qurtul artıq,
Məsrur olsun Qarabağ artıq.

Kəlbəcər hardasan niyə gəlmirsən?
Lacivərd göz yaşın məgər görmürsən?
Kəlbəcər tez qayıt belə gecikmə,
Kəlbəcər ədnalar əl çəksin səndən.

Şanlı Kəlbəcər sən çalış tez gəl!
Şərafətlə qarşılan sən tələs tez gəl.
Laübalı olma sən ey Kəlbəcər.
Çalış tez gəl sən ey Kəlbəcər.


             MÜƏLLİM

Ey əziz müəllim həyatını yox sayıb,
Həyat öyrətdin bizə.
Qapalıydı gözlərimiz,
Nur verdin gözümüzə.

Ayırdıq biz səninlə yanlışı doğrudan,
Seçdik biz səninlə hərfləri müəllim.
Öyrəndik səninlə kəlmələri müəllim.
Nəsihətlərin çıraq oldu bizə müəllim.

Bizə qələm tutmağı öyrətdin ey müəllim
Bəzən danladın bizi haqlıydın sən müəllim.
Biz anlamırdıq səni, sən anlayırdın bizi.
Sənin sözlərin bizə mayak oldu müəllim.

Sən başımıza sığal çəkdin ana kimi,
Sən bizə yaxın oldun sanki bir ana kimi.
Uğurumuzu görmək sənin üçün uğur oldu,
Sən bizə uğur oldun ey şəfqətli müəllim.

Müəllim qışda ürəyimizi isitdin sən,
Yayda bizə sərinlik gətirdin sən.
Müəllim bizə əmək sərf etdin sən.
Müəllim hər an yanımızda ol sən.
 
Geri qayıt