Əsas Səhifə > MANŞET > FHN-dən əməliyyat: Qanunsuz tikinti işləri dayandırıldı
FHN-dən əməliyyat: Qanunsuz tikinti işləri dayandırıldı5-05-2021, 22:27 |
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi daha bir qanun pozuntusunun qarşısını alıb. Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 12 ünvanında yerləşən vətəndaşa məxsus birmərtəbəli ticarət obyektində qanunsuz olaraq tikinti-quraşdırma işlərinin aparılması müəyyən edilib. Belə ki, tikintinin aparılması üçün tələb olunan müvafiq sənədlər olmadan həmin ticarət obyektinin üstündə metal konstruksiyalardan istifadə edilməklə əlavə mərtəbənin tikintisinə başlanılıb. Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Nəsimi Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi birgə tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb. Şəffaflıq.az Geri qayıt |