Əsas Səhifə > SİYASƏT > Eldar Əzizov: "Hər bir icra başçısı rayondakı parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır"
Eldar Əzizov: "Hər bir icra başçısı rayondakı parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır"4-05-2021, 11:49 |
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) keçirilən müşavirədə paytaxtdakı istirahət parkları, bağlar və “Abad məhəllə”lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirədə ölkə başçısının Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb. Şəffaflıq.az-ın xəbərinə görə, müşavirədə BŞİH başçısı qeyd edib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır. "Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyilsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir" - müşavirədə bildirilib. BŞİH başçısı Eldar Əzizov əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir. Geri qayıt |