Əsas Səhifə > Gündəm / Cəmiyyət > Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb
Ölkənin qatarları ilə sərnişin daşınma bütün istiqamətlər üzrə kəskin azalıb3-05-2021, 21:39 |
2021-ci ilin birinci rübündə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 476 min 232 sərnişin daşıyıb ki, bu da ötən ilin birinci rübü ilə müqayisədə 2,2 dəfə azdır.Şəffaflıq.az bu barədə ADY-ın hesabatına istinadən xəbər verir. Hesabata əsasən, daşınmış sərnişinlərin 438 min 965 nəfəri və yaxud 92 %-i şəhərətrafı qatarların payına düşüb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,3 % azdır. Hesabat dövründə beynəlxalq sərnişin daşımaları qeydə alınmayıb. Abşeron yarımadasından kənar daxili sərnişin daşımaları isə 81, 6 % azalaraq 37 min 267 nəfər təşkil edib. Geri qayıt |