Əsas Səhifə > SƏHİYYƏ > TƏBİB-in protokola saldığı dərmanlar uşaqlara ölümcül təsir edirmiş
TƏBİB-in protokola saldığı dərmanlar uşaqlara ölümcül təsir edirmiş3-05-2021, 18:41 |
![]() “TƏBİB-in uşaqlarda SARS-CoV-2 virusuna yoluxma zamanı yaydığı protokolda bir çox şeylər səhv qeyd edilib. Amma ən dəhşətlisi isə uşaqlarda müalicə bölümü və burada tətbiqi məsləhət görülən bəzi dərmanların adlarıdır.Qısaca deyim ki, həmin dərmanların bəzisinin, ümumiyyətlə, dünyada uşaqlarda istifadəsi qadağandır. Digər tərəfdən isə dərmanların adları yazılarkən uşaqlarda ciddi fəsadlar törədə biləcək (hətta ölümə səbəb ola biləcək) yan təsirləri nəzərə alınmayıb”. Bu fikirləri hazırda Almaniyada yaşayan Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev səsləndirib.![]() Bu cür protokolların tətbiqində TƏBİB tərəfindən yol verilən belə ciddi səhvlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin ölkədə pozitiv istiqamətdə edəcəyi məsələlərə xələl gətirməklə yanaşı, TƏBİB-in də məsələlərə nə qədər hakim olduğunu bir daha göstərdi”,- deyə doktor qeyd edib. Şəffaflıq.az Geri qayıt |