Əsas Səhifə > RƏSMİ XƏBƏR > Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq –

Azad edilmiş ərazilərdə “yaşıl enerji” zonası yaradılacaq –


3-05-2021, 18:26
 Prezident İlham Əliyev mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Şəffaflıq.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə 1 milyon 391 min 40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

Geri qayıt