Əsas Səhifə > Dünya / Kriminal > Finlandiyada naməlum narkotik maddədən kütləvi ölüm halları qeydə alınıb

Finlandiyada naməlum narkotik maddədən kütləvi ölüm halları qeydə alınıb


3-05-2021, 08:12

 

Finlandiyanın Turku və Helsinki şəhərlərinin sakinləri naməlum narkotik maddədən kütləvi şəkildə ölməyə başlayıblar.

Şəffaflıq.az bildirir ki, bu barədə “Yle” nəşri məlumat yayıb.

Polisə istinadən yayılan xəbərlərə görə, təkcə ötən ay Turkuda 5, Helsinkidə isə 50 gənc qeyd olunan maddənin istifadəsi nəticəsində vəfat edib.

Müvafiq təşkilatlar ölkə əhalisini qara bazarda satılan zəhərli narkotik barədə xəbərdar edib. Onun həyat üçün təhlükəli olduğu bildirilib.

Geri qayıt