Əsas Səhifə > Hadisə / Dünya > ABŞ sahillərində kiçik gəmi qəzaya uğrayıb, ölənlər var

ABŞ sahillərində kiçik gəmi qəzaya uğrayıb, ölənlər var


3-05-2021, 08:09

 

ABŞ-ın San-Dieqo şəhəri (Kaliforniya ştatı) yaxınlığında içində onlarla insanın olduğu kiçik gəmi çevrilib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə San-Dieqonun Xilasetmə Xidməti bildirib.

Məlumata görə, qəza zamanı ölənlər var.

"San-Dieqonun Xilasetmə və Yanğınsöndürmə xidməti gəminin çevrildiyi yerə gəldi. Sudan 25 nəfər çıxarılıb. Təəssüf ki, 2 nəfər sağ qalmayıb, 23 nəfər yerli xəstəxanalara çatdırılıb", - xilasedicilərin tvitterdəki xəbərində deyilir. Qeyd edilir ki, hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Hadisənin başvermə səbəbi və gəminin növü haqqında informasiya verilmir.

Geri qayıt