Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sabah hava yağmurlu və küləkli olacaq
Sabah hava yağmurlu və küləkli olacaq2-05-2021, 12:32 |
![]() Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq. Mayın 3-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Şəffaflıq.az Geri qayıt |