Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Facebook, WhatsApp və İnstagram “Huawei”də işləməyəcək – Çin şirkətinə sanksiyalar davam edir
Facebook, WhatsApp və İnstagram “Huawei”də işləməyəcək – Çin şirkətinə sanksiyalar davam edir7-06-2019, 22:58 |
ABŞ-ın hökumətinin Çinin “Huawei” telekommunikasiya şirkətinə tətbiq etdiyi sanksiyaya “Facebook” şirkəti də qoşulub. “Reuters”in məlumatına görə, “Google” şirkəti “Huawei”yə verdiyi “Android” əməliyyat sistemi dayanadıracağını açıqladıqdan sonra, “Facebook” şirkəti də “Facebook”, “WhatsApp” və “Instagram” tətbiqlərinin “Huawei” smartfonlarında işləməyəcəyini elan edib. Bu qərar hazırda istehsal olunmuş məhsullara deyil, bundan sonra istehsal olunacaq smartfonlara şamil olunacaq. Hazırda “Huawei” telefonlarında yüklənilmiş “Facebook”, “WhatsApp” və “Instagram” yenə də problemsiz şəkildə işləməyə davam edəcək. Qeyd edək ki, “Intel”, “Broadcom”, “Qualcomm”, “Infineon Technologies” və “Xilinx” kimi şirkətlər də “Huawei” ilə əməkdaşlığı dayandırıblar. Geri qayıt |