Əsas Səhifə > Gündəm / Dünya > Finlandiyada koronavirusla bağlı məhdudiyyətlərə ETİRAZ
Finlandiyada koronavirusla bağlı məhdudiyyətlərə ETİRAZ2-05-2021, 09:46 |
Finlandiyanın paytaxtı Helsinkidə koronavirusa qarşı mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlərə etiraz nümayişi keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə şəhər polisi “Twitter” səhifəsində məlumat yayıb. Bildirilib ki, 60 nəfər etirazçı saxlanılıb: “Onlardan bir nəfəri polis məmurlarına sərt müqavimət göstərməkdə şübhəli bilinib. Digər nümayiş iştirakçıları isə polisin əmrlərinə tabe olmadıqlarına görə cərimə olunacaqlar”. Qeyd edək ki, ölkədə qüvvədə olan mövcud qaydalara görə, pandemiya səbəbindən 6 nəfərdən çox insan toplaşa bilməz. Qəbul edilmiş prosedura uyğun olaraq, polisə yalnız altı nəfərlik aksiya barədə xəbərdar edilsə də, iştirakçıların sayı 300-ə yaxın olub. Geri qayıt |