Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Pasxa bayramı münasibətilə İsmayıllıda yaşayan rus-molokan icmasının üzvlərinə təbriki

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun Pasxa bayramı münasibətilə İsmayıllıda yaşayan rus-molokan icmasının üzvlərinə təbriki


1-05-2021, 20:53

 

Hörmətli rus-molokan icmasının üzvləri! 

Sizi – müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, xalqlarımızın dostluğu və rifahı, həmçinin dövlətimizin inkişafı yolunda bizimlə birgə fəaliyyətinizdə uğurlar arzulayıram!

Dünyada tolerantlıq nümunəsi olan Azərbaycanımızın ən multikultural bölgələrindən olan rayonumuzda müxtəlif xalqlar, etnik qruplar dostluq və qardaşlıq şəraitində birgə yaşayır, birlikdə fəaliyyət göstərirlər. Lazım gəldikdə vətənimiz üçün çiyin-çiyinə birlikdə döyüşürlər. Bunun bariz nümunəsi kimi 44 günlük Vətən müharibəsini göstərmək olar. Ötən ilin 27 sentyabrında mənfur düşmənlərimiz torpaqlarımıza növbəti dəfə təcavüz edəndə Azərbaycanda yaşayan rus-molokan icmasının, eləcədə digər etnik qrupların yüzlərlə gənci könüllü olaraq döyüşlərə yollandı. Həmin döyüşlərdə İvanovka kəndinin sakinləri Azərbaycanı öz vətənləri hesab edərək Vətən müharibəsində iştirak etdilər, döyüşə iştirak etməyənlər isə arxa cəbhədə orduya dəstək aksiyası keçirdilər.

Siz İvanovkalıların istəyi ilə Azərbaycanda saxlanılan yeganə kolxoz təsərrüfatının birliyiniz və işgüzarlığınızla qazandığı uğurlar ölkəmizə gələn qonaqlara fəxrlə nümunə göstərilir. Sizin bu zəhmətkeşliyiniz bizi sevindirir, həm də qürurlandırır. Son dövrlərdə kolxoza olan dövlət dəstəyi və cəlb edilmiş yeni əlavə investiyalarla bu nümunəvi təsərrüfat daha da inkişaf edərək yeni uğurlara imza atacaq.

İsmayıllı Rayon İcra Hakimiyyəti olaraq sizlərə bu birliyə, əzimkarlığa görə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Əziz həmvətənlər! Zəngin adət-ənənələrlə keçirilən Pasxa bayramınız təəssüf ki, iki ildir bütün dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyasının tüğyan etdiyi bir vaxta düşür. 

Cənab Prezidentimizin "Biz Birlikdə Güclüyük" çağrışı ilə birlikdə bu bəladan xilas olacağıq. Sizin üçün çox önəmli olduğunu bildiyim Pasxa bayramı günündə hər birinizə bir daha can sağlığı, ailələrinizdə xoşbəxtlik, elimizə əmin-amanlıq arzulayıram. 

Bayramınız mübarək olsun!

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az
Geri qayıt