Əsas Səhifə > Gündəm > Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıb

Azad olunmuş əraziyə keçmək istəyən şəxs avtomobillə polisi vuraraq qaçıb


1-05-2021, 10:59
Aprelin 30-da saat 13 radələrində Tərtər rayonunun Qaradağlı kəndi ərazisində Bərdə rayon sakini Mənsim Aslanov idarə etdiyi “QAZ-31” markalı avtomobillə işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşı onu dayandırmağa çalışsa da, M.Aslanov avtomobillə onu vuraraq hadisə yerindən yayınıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində M.Aslanov saxlanılıb.
Qol nahiyəsindən yüngül xəsarət alan polis əməkdaşına xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Araşdırma aparılır.

Şəffaflıq.az
Geri qayıt