Əsas Səhifə > Gündəm > Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
Türkiyəli nazir Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib1-05-2021, 09:55 |
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu azərbaycanlı həmkarı Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib. Şəffaflıq.az-ın məlumatına görə, Kasapoğlu şəxsi tvitter səhifəsində paylaşım edib. "Azərbaycanın Gənclər və idman naziri, dostum Azad Rəhimovun vəfatını üzüntü ilə öyrəndim. Cənab Rəhimov ölkələrimiz arasındakı əlaqələrin inkişafına hər zaman töhfə verib. Dəyərli qardaşıma Allahdan rəhmət, ailəsinə səbr diləyirəm.Azərbaycanın və ölkəmizin başı sağ olsun" - paylaşımda bildirilib. Qeyd edək ki, Azad Rəhimov aprelin 30-da ABŞ-da müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Azerbaycan Gençlik ve Spor Bakanı dostum Azad Rahimov'un vefatını üzüntüyle öğrendim.
Sayın Rahimov, ülkelerimiz arasındaki ilişkilerin gelişmesine her daim katkı sağlamıştır.
Değerli kardeşime Allah'tan rahmet, ailesine sabır dilerim. Azerbaycan'ın ve ülkemizin başı sağ olsun. Geri qayıt |