Əsas Səhifə > Cəmiyyət > ADNSU-nun iki dosenti vəfat edib
ADNSU-nun iki dosenti vəfat edib30-04-2021, 10:19 |
![]() Şəffaflıq.az xəbər verir ki, ali təsil müəssisəsinin Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Məmmədkərim Abbasov 71 yaşında dünyasını dəyişib. Bundan əlavə, universitetin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov isə 84 yaşında dünyasını dəyişib. Qeyd edək ki, M.Abbasov 1949-cu ildə anadan olub. O, 1966-1971-ci illərdə Geoloji-kəşfiyyat fakultəsini bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Geologiya mineralogiya elmləri namizədi M.Abbasov 1984-cü ildən ADNSU-da işləyib. 1988-1990-cı illərdə Konqo Xalq Respublikasında müəllim, 1994-1999-cu ilədək Geoloji Kəşfiyyat Fakültəsinin dekan müavini, 1989-2007-ci illərdə fakültə dekanı vəzifəsində çalışıb. Alim 44 məqalə, 24 tezis, 16 dərs vəsaiti və 2 dərslik müəllifidir. C.Axundov isə 1936-ci ildə anadan olub. 1953-58-ci illərdə Azərbaycan Sənaye institutununun Neft-mədən fakültəsini bitirib və təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 2009-cu ildən ADNSU-nin “Neft-qaz mühəndisliyi kafedrasının” dosenti olub. Alimin 15 elmi məqalə və 5 ədəd dərslik kitabları nəşr olunub. Şəffaflıq.az Geri qayıt |