Əsas Səhifə > İqtisadiyyat > Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək

Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək


29-04-2021, 09:28
     Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi şəhərdə yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Şəffaflıq.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC-dir.
Qalib şirkətə 3,971 milyon manat ödəniləcək.


Şəffaflıq.az



Geri qayıt