Əsas Səhifə > ELM VƏ TƏHSİL > Təhsil naziri koronavirusdan vəfat edən Mərkəz direktorunun layihəsindən bəhs etdi
Təhsil naziri koronavirusdan vəfat edən Mərkəz direktorunun layihəsindən bəhs etdi29-04-2021, 08:35 |
“Dəyərli həmkarım, peşəkar təhsil işçisi və dostum Namiq müəllimin vəfatı məni olduqca kədərləndirdi. Namiq müəllimi 2014-cü ildə ilk dəfə keçirilən direktor vəzifəsi üzrə işə qəbul imtahanında ən yüksək nəticə göstərmiş namizəd olaraq Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutuna işə dəvət etdik. Qısa müddət ərzində peşəkarlığı, dürüstlüyü, şəxsi keyfiyyətləri sayəsində təhsil islahatlarına yönəlik layihələrin icrasında yaxından iştirak etməyə başladı”.Şəffaflıq.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyevin vəfatı ilə bağlı bildirib.“Regionlarda şagirdlərin qiymətləndirilməsi, fənn olimpiadalarının keçirilməsi, məktəb monitorinqləri, müəllimlərin işə qəbulu imtahanlarında sualların tərtib edilməsi, ixtisasartırma təlimlərinin nəticələrinin qiymətləndirilməsi, liseylərə keçirilən qəbul imtahanları və s. sahələrdə əldə edilmiş uğurlarda Namiq müəllimin xidmətləri böyükdür. Şamaxı rayonunda fəaliyyəti qısamüddətli olmasına baxmayaraq müsbət təsirləri xüsusi qeyd edilməlidir. Sonuncu iclasımızda metodik xidmətin təkmilləşdirilməsinə dair müfəssəl layihə təqdim etmişdi. İndi bizimlə birlikdə olmasa da, bu ideyaların reallaşmasına nail olacağımıza inanıram. Ailəsinə və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin!”, - deyə nazir qeyd edib. Xatırladaq ki, Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin direktoru Namiq Nağıyev 28 aprel 2021-ci il tarixində koronavirusdan vəfat edib. Şəffaflıq.az Geri qayıt |