Əsas Səhifə > Mədəniyyət > Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Mirzə Ələkbər Sabirin Ev Muzeyində aparılmış təmir işləri ilə tanış olmuşlar.
Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Mirzə Ələkbər Sabirin Ev Muzeyində aparılmış təmir işləri ilə tanış olmuşlar.28-04-2021, 08:06 |
27 aprel 2021-ci il tarixdə Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir Məmmədov və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov tərəfindən böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, əsərləri dövlət varidatı elan olunmuş görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin (Məşədi Ələkbər Hacı Zeynalabdin oğlu Tahirzadənin) Ev Muzeyinə təmirdən sonra baxış keçirildi.Muzeydə bədii tərtibat işlərinin aparılması, yeni müasir tələblərə cavab verən ekspozisiyanın qurulması ilə bağlı tövsiyələr verildi. Cari ilin may ayının 30-da Mirzə Ələkbər Sabirin anadan olmasının 159 ili tamam olur. Yanoş Məhərrəmov Şəffaflıq.az
Geri qayıt |