Əsas Səhifə > Hadisə > Azərbaycanda gənc qız bibisinin ərinə qoşulub qaçdı - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI
Azərbaycanda gənc qız bibisinin ərinə qoşulub qaçdı - DƏHŞƏTLİ HADİSƏNİN TƏFƏRRÜATI5-06-2019, 23:42 |
31 may tarixində "Bakı Metropoliteni" QSC-nin "28 may" stansiyasında intihara cəhd hadisəsinin səbələri məlum olub. İntihara cəhd göstərən Abşeron rayon sakini 54 yaşlı Asya Əmirova ailəsində baş verən biabırçı olaylara görə özünü öldürmək qərarına gəlib. Rayonun qəsəbələrindən birində yaşayan qadının qızı inanılmaz hərəkət edib. Belə ki, Aynur Əmirova (şərti ad) təxminən 10 gün əvvəl öz həyat yoldaşını ataraq başqa evli kişiyə qoşularaq qaçıb. Məsələnin inanılmaz tərəfi ondan ibarətdir ki, onun qaçdığı kişi baldızının həyat yoldaşı olub. Qəsəbədə bu olay yayıldıqdan sonra 54 yaşlı ana gənc oğlunu qəsəbədən çıxararq yaxın qohumlarından birinə əmanət edib. Sonra metroya gələrək intihar niyyətini həyata keçirib. Məlumata görə qadın xilas edildikdən sonra xəstəxanaya yerləşdirilib və onun ayağı amputasiya edilib. Yeznənin isə Aynur Əmirova ilə birgə Quba rayonuna qaçdığı bəlli olub. Anasının intihar cəhdindən sonra o da boynu qırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə anasının intihar etdiyini eşidən qızı da özünü asmaq qərarına gəlib. Lakin onun da həyatı xilas edilib. Gəlini qaçıran yeznə polis tərəfindən saxlanılıb.(yenisabah) Geri qayıt |