Əsas Səhifə > Hadisə > Yasamalda gənc boynundan bıçaqlandı

Yasamalda gənc boynundan bıçaqlandı


27-04-2021, 10:24
   Bakıda bıçaqlanma hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Belə ki, 2-ci Alatavada 1992-ci il təvəllüdlü Rüstəmzadə Eşqin Sapay oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı dostlarının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona boynun kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.



Şəffaflıq.az 

Geri qayıt