Əsas Səhifə > Gündəm / Maraqlı > Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq

Rusiyalı mütəxəssislər Azərbaycandakı pomidor istehsalı müəssisələrini yoxlayacaq


27-04-2021, 00:40

 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssisləri pomidor istehsal edən müəssisələri yoxlamaq üçün Azərbaycana səfər edəcək.


Şəffaflıq.az məlumat verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Qeyd olunub ki, səfər cari ilin may ayının ikinci yarısına planlaşdırılıb.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

Geri qayıt