Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan manatının dövretmə sürəti azalıb
Azərbaycan manatının dövretmə sürəti azalıb26-04-2021, 12:04 |
Bu il aprelin 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,72 bənd təşkil edib. Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,11 bənd az, yanvarın 1-nə nisbətən 0,15 bənd çox, ötən ilin aprelin 1-nə nisbətən isə 0,74 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb. Şəffaflıq.az Geri qayıt |