Əsas Səhifə > SAĞLAMLIQ > İrandan gətirilən bal istehlak üçün yararsız çıxdı
İrandan gətirilən bal istehlak üçün yararsız çıxdı26-04-2021, 11:55 |
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həyata keçirilən nəzarət tədbirləri zamanı “Big.X-Trade” MMC tərəfindən İran İslam Respublikasından ölkəmizə idxal edilən “GolRang” əmtəə nişanlı, ümumi çəkisi 12 005 kq (1450 ədəd şüşə qablaşdırmada) bal məhsuluna baxış keçirib. Şəffaflıq.az xəbər verir ki, AQTA-dan verilən məlumata görə, baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasından götürülən nümunələrdə saxarozanın miqdarının və hidroksimetilfurfurolun kütlə payının normadan artıq olduğu və diastaza ədədinin olmaması aşkarlanıb. İdxal olunan məhsulun istehlak üçün yararsız olduğu öz təsdiqini tapıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq. Şəffaflıq.az Geri qayıt |