Əsas Səhifə > Dünya > Albaniyada parlament seçkiləri keçirilib

Albaniyada parlament seçkiləri keçirilib


25-04-2021, 22:54

 

Bu gün Albaniya Xalq Məclisinə seçkilər keçirilib.

Şəffaflıq.az xəbər verir ki, ölkədə 3.6 milyon vətəndaş səsvermə hüququna malikdir.

Onlardan 130 min nəfəri koronavirusa görə karantində olduqları üçün səsvermədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, seçkilərdə birpalatalı parlamentdə mövcud 140 yer uğrunda 6 siyasi partiya və üç koalisiya mübarizə aparıb.

Onlarda ikisi – hakim Sosialist Partiyası və Demokratik Partiyanın rəhbərlik etdiyi birlik qələbəyə daha yaxını hesab olunur.

Geri qayıt