Əsas Səhifə > SİYASƏT / Dünya > Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə Türkiyədən SƏRT REAKSİYA
Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsinə Türkiyədən SƏRT REAKSİYA25-04-2021, 07:30 |
“Sözlər tarixi dəyişdirə və yenidən yaza bilməz. Əsası populizm olan bu ifadələri rədd edirik”. Şəffaflıq.az-ın xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “twitter” səhifəsində ABŞ Prezidenti Co Baydenin bu gün ABŞ-da “1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsilə əlaqədar mövqeyini bildirərkən yazıb. “Tariximiz haqqında kimsədən dərs alacaq deyilik. Siyasi fürsətçilik sülh və ədalətə qarşı xəyanət edir”, deyə M.Çavuşoğlu ABŞ Prezidentinin bu açıqlamasına etiraz edib. Geri qayıt |