Əsas Səhifə > Hadisə / Dünya > Argentinanın nəqliyyat naziri yol qəzasında öldü

Argentinanın nəqliyyat naziri yol qəzasında öldü


24-04-2021, 12:22

 

Argentinanın nəqliyyat naziri Mario Meoni yol qəzasında həyatını itirib.

Bu barədə Şəffaflıq.az TASS-a istinadən xəbər verir.

Onun məlumatına görə, nazirin idarə etdiyi avtomobil San-Andres-de-Hiles şəhəri ərazisində trasda çevrilib. Hadisənin səbəbləri hələlik məlum deyil.

Meoni nəqliyyat naziri vəzifəsinə 2019-cu ilin dekabrında təyin edilmişdi.

Geri qayıt