Əsas Səhifə > Şou-biznes > "O qədər tənhayam ki, hər gecə ölürəm"

"O qədər tənhayam ki, hər gecə ölürəm"


23-04-2021, 22:13
Müğənni Mətanət Əsədova Azad Azərbaycan televiziyasında qonaq olub.
Şəffaflıq.az teleqraf.com-a istinadla xəbər verir ki, Mətanət Əsədova şəxsi həyatı haqqında danışıb.
"Bir evin xanımı olmalıyam, elə-belə həyat keçirmək istəmirəm. Mənim həyatım çox çətindir. Həyatımı heç kimə arzulamıram. O qədər tənhayam ki, hər gecə ölürəm. Həyatdır, bununla barışmalıyam. Bu, mənim qismətimdir. Məktəb illərindən sonra xoşbəxtlik yaşamamışam. Məzar daşıma yazdırardım ki, dincəlməyə getdi", - deyə o bildirib.
Müğənni ailə qurmaq istəyini də dilə gətirib: "Ağ atlı oğlan gözləmirəm. Ailə qurmaq mənim üçün problem deyil. Sadəcə mən istəyən kimi bir insan yoxdur. Ailə quracağım insan yaşıma, xasiyyətimə, xarakterimə uyğun olmalıdır".


Geri qayıt