Əsas Səhifə > RƏSMİ XƏBƏR > İlham Əliyev Səhiyyə Nazirliyi ilə bağlı fərman imzaladı
İlham Əliyev Səhiyyə Nazirliyi ilə bağlı fərman imzaladı23-04-2021, 21:37 |
Azərbaycanın Səhiyyə Nazirliyinin aparatının işçilərinin sayı artırılıb. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi bir vahid artırılaraq 88 ştat vahidi müəyyən edilib. Bundan başqa, fərmana əsasən Səhiyyə Nazirliyində nazirin birinci müavini vəzifəsi təsis edilib. Bununla da səhiyyə nazirinin müavinlərinin sayı 5-ə çatdırılıb. Qeyd edək ki, hazırda səhiyyə nazirinin müavinləri aşağıdakılardır: Birinci müavin: Teymur Yusif oğlu Musayev (nazir vəzifəsini icra edir) Müavinlər: Əliyeva Nigar Ramiz qızı Ağayev Elsevər Məmməd oğlu Əliyev Rahim Rafail oğlu Qasımov Viktor Kərimoviç. Geri qayıt |