Əsas Səhifə > Dünya > Özbəkistanda peyvənd olunanların sayı 500 mini ötüb

Özbəkistanda peyvənd olunanların sayı 500 mini ötüb


23-04-2021, 21:02
Bu günə qədər Özbəkistanda COVID-19 virusuna qarşı 510 min 329 nəfər peyvənd olunub.
Şəffaflıq.az AZƏRTAC-a istinadən bildirir ki, vaksinasiyadan sonra bəzilərində hərarətin qalxması, başda və bədənin ayrı-ayrı yerlərində ağrılar, zəifliklə müşahidə olunub.
Ölkədə vaksinasiya aprelin 1-də başlayıb, əhalinin peyvənd olunması üçün hələ ki, "AstraZeneca" və Özbəkistanın da həmmüəllifi olduğu Çinin ZF-UZ-VAK2001 vaksinindən istifadə edilir.
Əhalini vaksinasiya etmək üçün respublikada ümumilikdə 3138 peyvənd otağı və 820 mobil briqada yaradılıb.
Xəbər verdiyimiz kimi vaksin birinci növbədə yaşı 65-dən yuxarı olan vətəndaşlara, xroniki xəstəlikləri olanlara, tibb işçilərinə, müəllim və tərbiyəçilərə, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, həmçinin risk qrupunda olanlara vurulur.

Geri qayıt