Əsas Səhifə > SİYASƏT > “YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb


22-04-2021, 12:02
 Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
Şəffaflıq.az xəbər verir ki, aprelin 20-dək fondda 31 020 243.38 manat vəsait toplanıb.
Bildirilib ki, indiyə qədər 2 881 şəhidin ailə üzvləri, habelə 2 735 yaralı olmaqla ümumilikdə 14 240 şəxslə görüşülüb, ehtiyacları qeydə alınan (yashat.gov.az saytında) və 5 775 şəxsin müraciəti icra üçün öhdəliyə götürülüb.
Fondun fəaliyyət istiqamətləri üzrə 19 146 142.77 məbləğində vəsait xərclənib, onlardan:
1. məişət şəraitinin yaxşılaşdırılması – 1 331 şəhid ailəsi üzvü, 1 605 yaralı və 6 itkin ailəsi üzvü
2. təhsil – 33 şəhid ailəsi üzvü, 2 yaralı
3. İstehlak kreditləri – 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvü
4. tibb – 621 şəhid ailəsi üzvü və 176 yaralı





Şəffaflıq.az 

Geri qayıt