Əsas Səhifə > Gündəm > Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub

Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub


21-04-2021, 14:59

 

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd olunub ki, ondan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.

Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Nazirlikdən Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığı və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdikləri bildirilib.

Geri qayıt