Əsas Səhifə > Hadisə > Selfi çəkdirərkən kanala düşdü, meyiti indi tapıldı
Selfi çəkdirərkən kanala düşdü, meyiti indi tapıldı21-04-2021, 12:32 |
Siyəzən rayonunda su kanalında batan yeniyetmə tapılıb. Şəffaflıq.az Report-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, aprelin 20-də Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Quliyev Murad Şahin oğlunun axtarışları başa çatıb. M.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Məlumata görə, M.Quliyev digər uşaqlarla birgə su kanalına selfi çəkdirməyə gedibmiş. Həmin vaxt onun ayağı sürüşüb, kanala yıxılaraq batıb. Şəffaflıq.az Geri qayıt |