Əsas Səhifə > Gündəm / Dünya > Türkiyədə bir gündə koronavirusdan daha 346 nəfər vəfat edib

Türkiyədə bir gündə koronavirusdan daha 346 nəfər vəfat edib


20-04-2021, 23:36

 

Son 24 saat ərzində Türkiyədə koronavirusdan 346 nəfər vəfat edib.

Şəffaflıq.az “Haber Global”-a istinadən bildirir ki, aprelin 20-də yoxlanış məqsədilə götürülən 322 128 testdən 61 028-i müsbət çıxıb.

Sutka ərzində 55 592 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 3 792 129 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 3375 nəfərdir.

Geri qayıt