Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə güzəşt müəyyənləşib
Sağlamlıq imkanları məhdud uşağı övladlığa götürənlərə güzəşt müəyyənləşib20-04-2021, 23:30 |
Daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı övladlığa götürən şəxslərdən biri (özlərinin istəyi ilə) əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququna sahib olacaq.Şəffaflıq.az məlumat verir ki, bu, Nazirlər Kabinetinin “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda etdiyi dəyişiklikdə əksini tapıb. Bu güzəşt hüququ övladlığagötürmə barədə məhkəmə qərarının surəti əsasında müəyyənləşdiriləcək. Geri qayıt |